Ru
16:14 / 24 Dekabr 2019

Sənət adamlarına fəxri adları təqdim olundu - FOTOLAR

2529
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

BakuPost xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.


Daha sonra mükafatlar təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Tərəqqi” medalı, “Xalq artisti” və “Əməkdar artist” fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub.

Sonda nazir Ə. Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.







Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər