Sergey Şoyqu Azərbaycan silahları ilə tanış olub

  • 25 İyn 2019 15:50
  • 750 Baxış
Sergey Şoyqu Azərbaycan silahları ilə tanış olub
Rusiya müdafiə naziri Sergey Şoyqu Moskva vilayətinin Alabino poliqonunda yerləşən "Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçirilən "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forumunda Azərbaycan stendi ilə tanış olub.



Bakupost-un APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın Müdafiə Sənayesi nazirinin mavini Yəhya Musayev Rusiya müdafiə nazirinə Azərbaycan stendində nümayiş olunan silahlar barədə məlumat verib.  



O bildirib ki, Azərbaycanın sənaye kompleksi ilə Rusiya sənaye kompleksi arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər bu əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.



Qeyd edək ki, "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forumu bu gün başlayıb və iyunun 30-na kimi davam edəcək. Forumda 12 ölkə təmsil olunur.


Sergey Şoyqu Azərbaycan silahları ilə tanış olub
Sergey Şoyqu Azərbaycan silahları ilə tanış olub