Ru
22:13 / 29 Oktyabr 2019

Sergey Şoyqu Azərbaycana gəldi

2123
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana gəlib.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, səfərin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

"İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq", - deyə Rusiya Müdafiə nazirinin mətbuat katibi bildirib. O, əlavə edib ki, 2019-cu ildə hərbi sferada qarşılıqlı əlaqələrə yekun vurulması, həmçinin MDB dövlətlərinin 2025-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması nəzərdə tutulub.

Topoqrafiya, metroloji sahəsində, hərbi fəaliyyətin və başqa sferaların informasiya təminatları ilə bağlı qərarlar qəbul ediləcək.

Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər