Ru
15:06 / 07 Oktyabr 2019

Sərhəddən narkotik keçirən qadın saxlanıldı

1093
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli apardığı üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsindən BakuPost.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı xanım vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın alt paltarında 3 ədəd bükümdə çəkisi 23 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 136 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər