20:32 / 08 Oktyabr 2021

Serj Sarkisyanla bağlı araşdırma başladı: kazinoda 100 milyon dollar uduzub?

1707
Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət haqqında məlumat alıb.

Bakupost.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu məsələni araşdırmaq üçün artıq Xüsusi İstintaq Xidmətinə göndərib.

Qeyd olunur ki, Baş Prokuroruluq bu barədə məlumatların araşdırılması üçün daha əvvəl polisə müraciət etsə də, cavab almayıb.

Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər