Ru
17:39 / 18 Sentyabr 2019

Sərnişinlər metrolarda Üzeyir Hacıbəyli musiqiləri ilə qarşılandı

1887

Bakı Metropolitenində 18 sentyabr – Üzeyir Musiqi Günü qeyd edilib.



Qurumun mətbuat xidmətindən BakuPost-a verilən xəbərə görə, Bakı metropolitenində Üzeyir Musiqi Gününün xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Bu gün də səhər saat 11-dən başlayaraq günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.


Metropolitenin çoxsaylı sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və xüsusən də Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib.


Metro stansiyalarında peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər