Ru
15:13 / 14 Oktyabr 2019

“Şərqdən Qərbə” - Muğam və təsniflər səslənəcək

2496

Oktyabrın 20-də tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov və xanəndə Gülnar Fərəcovanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində “Şərqdən Qərbə” adlı konsert proqramı təqdim olunacaq. Konsertdə muğam və təsniflərlə yanaşı, fransız musiqisi də səsləndiriləcək.

Bu barədə konsertin təşkilatçısı xanəndə Qoçaq Əsgərov BakuPost-a məlumat verib.

Onun sözlərinə görə, konsert Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə keçiriləcək. Konsertdə ifaçıları kamançada Elnur Mikayılov, tarda İbrahim Babayev, pianoda Vasif Hüseynzadə, davulda Yusif Əzizov, müşayiət edəcək.

Bununla yanaşı, konsertdə fransalı musiqiçilər Julen Achiary, Nicolas Nageotte, Jordi Cassagne, Bastien Fontanille və Julie Lobatoda da iştirak edəcək.

Günel
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər