Ru
17:41 / 29 Oktyabr 2020

Səudiyyə Ərəbistanında Fransa konsulluğuna hücum olub

1906
Fransanın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Konsulluğunun mühafizəçisi yerli vətəndaşın bıçaqlı hücumuna məruz qalıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanındakı Fransa səfirliyinin məlumatına görə, xəstəxanaya çatdırılan zərərçəkənin həyatına təhlükə yoxdur.

Səfirlik bu hadisəni qətiyyətlə pisləyərək ölkədəki Fransa vətəndaşlarını “fövqəladə ehtiyatlı” olmağa çağırıb.

Bu hücumun səbəbləri barədə nə Səudiyyə rəsmiləri, nə də Fransa səfirliyi hər hansı ehtimal irəli sürüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər