Ru
09:33 / 29 Mart 2020

Şevçenko Londonda karantinə alındı

4284
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Londonda karantinə alınıb.

BakuPost.az xəbər verir ki, 43 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə bir müddət karantində qalacaq. Ukraynalı mütəxəssis “Sky Italia”ya bu barədə açıqlama verib:

“9 yaşında olarkən ölkəmdə Çernobıl faciəsi yaşanmışdı. Uzun müddət karantində qalmışdıq. Mən buna oxşar vəziyyəti onsuz da yaşamış insanam. Əgər axmaq addımlardan qaçsaq, koronavirusdan yayınarıq. Dünya və sakinlərini düşünməliyik. Hazırda Londondayam. 10 gün ərzində başqa yerə getmədik. İtalliyada olanlardan xəbərdaram. Oradakı insanların həyatı üçün narahatam. Ümid edirəm ki, hər şey müsbət sonluqla bitəcək. Birlikdə qalacağıq, virusdan xilas olacağıq”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər