Ru
22:22 / 07 Sentyabr 2020

Sevgilisi Ronaldunun evlilik təklifini qəbul etdi

2369
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges portuqaliyalı futbolçunun evlilik təklifini müsbət cavablandırıb,

O, 35 yaşlı hücumçu ilə ailə həyatı qurmağa razılıq verib.

Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar.

Ronaldunun toydan sonra karyerasını bitirəcəyi gözlənilir. Forvard daha əvvəl bu barədə müsahibələrinin birində məlumat verib.

Qeyd edək ki, K.Ronaldunun 4 uşağı var. C.Rodriges futbolçunun Alana və Martina adlı qızlarının anasıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər