Ru
11:47 / 26 Aprel 2019

Sevgilisinin anasını bıçaqlayan şəxsə AĞIR CƏZA

2006

Qeyri-rəsmi münasibətdə olduğu qızın anasını bıçaqlamaqda təqsirləndirilən Əlibrahim Səmədovun məhkəməsi bitib.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun hökmü ilə Ə.Səmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında qandallanıb.


Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunda qeydə alınıb. Səmədov qeyri-rəsmi münasibətdə olduğu Aytac Məmmədlinin anası Rübabə Məmmədovanı bıçaqlayıb.


Belə ki, Rübabə Məmmədova qızının Əlibrahim Səmədovla münasibətinə etiraz edib. Hadisə günü Əlibrahim işdən çıxan Aytacı qarşılamağa gedib. Bu zaman Aytacın anası ilə rastlaşıb və aralarında mübahisə yaranıb.


Səmədov cibində olan mətbəx bıçağı ilə Məmmədovanın sol bud nahiyəsindən bir bıçaq zərbəsi yetirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər