Ru
17:09 / 27 Yanvar 2020

Sevinc Fətəliyevanın dairəsi ciddi nəzarətə götürüldü

3205
30 saylı Suraxanı seçki dairəsindən ciddi qanun pozuntuları ilə bağlı şikayətlər daxil olub.

BakuPost-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.


MSK sədri deyib ki, ümumilikdə bu tipli şikayətlərlə bağlı araşdırma aparılır:

“Seçicilərin ələ alınması üçün ərzaq paylamaq Məcəlləyə meydan oxumaqdır. Bu cür hallara yol vermək olmaz. Bütün bu hallarla bağlı sosial şəbəkələrdə yayılmış görüntülər də MSK tərəfindən araşdırılır. Bu digər məsələlərlə müqayisə olunmayacaq qanun pozuntusudur. MSK bu kimi hallara çox pis yanaşır və bu hallarla bağlı ciddi ölçü götürüləcək”.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər