Ru
16:52 / 19 Fevral 2020

Sevinc Fətəliyevanın dairəsində 5 məntəqə ləğv edildi - YENİLƏNDİ

2102
30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə 1 saylı məntəqənin də nəticələri ləğv edilib.

Samirə Rəfullayevanın tələbindən sonra MSK sədri Məzahir Pənahov da həmin məntəqənin nəticələrinin etibarsız sayılmasını tələb edib. Daha sonra videogörüntülərə baxılıb.

Qərara alınıb ki, müvafiq dairədə 1 saylı məntəqənin də nəticələri etibarsız sayılsın.

***

MSK-nın iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb.

BakuPost xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü İlham Məmmədov bildirib ki, S.Rəfullayeva bu dairə üzrə pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.

Ancaq İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslərin etibarsız hesab edilməlidir:

“Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində sevindirici halar da aşkar edilib. Bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.

MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 4 məntəqədə - 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər