Ru
14:33 / 01 Dekabr 2021

Şeyx başsağlığı verdi

1064
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib.

Bu barədə Bakupost.az -a idarədən məlumat verilib.

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqoununda təlim uçuşları yerinə yetirərkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı 14 hərbi qulluqçunun şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah şəhidlərə rəhmət eləsin!!

Şeyxülislam A.Paşazadə qəza zamanı yaralanmış hərbi qulluqçularımıza Uca Allahdan şəfaət diləyir, tezliklə sağalmaları üçün dualar edir", - məlumatda qeyd edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər