Ru
10:41 / 17 Sentyabr 2021

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - Ciyərində 70% buzlu şüşə aşkarlanıb

3290
Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bakupost.az -ın xəbərinə görə, bu barədə Report-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb:

"Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər