Ru
16:00 / 17 Mart 2021

Tanınmış aktyor yenidən efirə qayıtdı - VİDEO

1836
1990-cı illərdə "Sehirli güzgü” verilişindən tanınan, Sim-sim Lələ kimi məşhurlaşan aktyor Adışirin Bağırov uzun illər işsizlikdən sonra AzTV-də işlə təmin olunub.

Bakupost.az xəbər verir ki, bu barədə TV-nin "Telesəhər” verilişində süjet yayımlanıb.

AzTV-nin əməkdaşları mediada bəzən unudulduğundan, hətta epizodik rollarda belə çəkilmədiyindən şikayətlənən aktyoru tapıb, onun evində qonaq olub.

A.Bağırov deyir ki, onu heç bir seriala çəkilməyə dəvət etməyiblər: "Bir serial belə olmayıb ki, çağırsınlar, 10 manat, 20 manat versinlər, desinlər ki, epizodik bir rolda çəkirik səni”.

O, qazanc əldə edə bilmək üçün marketlərə üz tutduğunu deyir: "Mən yaşamaq üçün nəsə yeməliyəm. Hətta marketlərə gedirdim ki, orada yarım gün də olsa, işləyim, qazanc yerim olsun. Amma cəmi bir gün işləyə bilirdim. Kənardan insanlar marketin sahibinə aktyorun burada işlədiyinə görə irad bildirirdilər. O da deyirdi ki, ayıbdır, aktyorsan, niyə marketdə işləməlisən”.

Azərbaycan Televiziyası A.Bağırova kanalda iş təklif edib, illər sonra o, yenidən TV-yə qayıdıb. Aktyorun TV-dəki işi barədə ətraflı məlumat veriləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər