Sinan Akçıl Azərbaycanla bağlı həmkarlarına müraciət etdi - FOTOLAR


Türkiyənin məşhur müğənni-bəstəkarı Sinan Akçıl Azərbaycanla bağlı həmkarlarına müraciət edib.

O, Azərbaycanın Ermənistan tərəfindən son hücumlara məruz qalmasına, torpaqların işğaldan azad edilməsinə və Gəncəyə raket hücumu nəticəsində mülki şəxslərin həlak olmasına səssiz qalan sənətçiləri qınayıb.

Sinan Azərbaycan əsgərinin Suqovuşana (Madagiz) bayraq sancdığı anın görüntülərini paylaşaraq belə şərh yazıb:

“Həqiqi qəhrəmanlığı izləmək istəyirsənsə, bura bax. Bütün qəlbimlə deyirəm ki, keçmiş olsun, Gəncə! Mən də daxil olmaqla Azərbaycandan pul qazanan, hər dəfə möhtəşəm qarşılanan, sevgiyə boğulan müğənni dostlar, siz də bir az diqqətli olun”.

Bundan əlavə, ötən gün pop ulduz Demet Akalın “Erməni aqressiyasına son” həştəqi ilə fotonu, Murad Boz Azərbaycan bayrağı ilə işlənən şəklini, Alişan Günel Zeynalovanın “Hesap günü” mahnısını paylaşaraq ölkəmizə dəstəyini ifadə edib.