Ru
19:44 / 28 İyun 2019

Şirin Mirzəyevin ölümü ilə bağlı yayılan kadrlar qalmaqal yaratdı – Rey Kərimoğludan etiraz

4666

 

Real.TV-nin efirində - "Mir Şahinin vaxtı” verilişində özünü 90-cı illərdə hərbi operator kimi təqdim edən İlham Ələkbərovun Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin ölümü ilə bağlı dediyi yalan mərhumun ailəsinin, Qarabağ döyüşçülərinin etirazına səbəb olub.


BakuPost xəbər verir ki, bununla bağlı Ş.Mirzəyevin döyüşçülərindən biri olan Rey Kərimoğlu məsələyə münasibət bildirib: "Real.TV-nin efirində çıxış edən İlham Ələkbərov, Şirin Mirzəyevi özümüzünkülərin minaya salıb öldürdüyünü deyib. Əslində, bu, ağ yalandır. Çünki Şirin Mirzəyev döyüş tapşırığını yerinə yetirərkən, ağır döyüşlərə getmiş, ərazidə ermənilərin basdırdığı minaya düşərək silahdaşları (Qahir Hüseynov, Yavər Babayev, Araz və Mübariz Mirzəyevlər həlak olmuş, Mübariz Əliyev yaralanmışdı) ilə birlikdə həlak olub. Yaxşı ki, Şirin Mirzəyevin həlak olması anını öz gözləri ilə görmüş real şahidlər bu gün sağdır.

 

 

 

Şirin Mirzəyevin olduğu avtomobilin ardınca onları müşayiət edən digər avtomobildəki şahidlərin gözü qarşısında komandirin maşını minaya düşüb. Həmin ərazi bir müddət əvvəl düşmənin nəzarətində olub. Biz döyüşlə oranı geri qaytarmışdıq. Həmin vaxt da düşmən ərazini minalayıb çıxmışdı. O ərazidə düz bir ay sonra mən özüm də zirehli maşında minaya düşdüm, ağır yaralananlarımız oldu. Amma ölüm olmadı. Əslində, Şirin Mirzəyevin, guya özümüzünkülər tərəfindən öldürülməsi ilə bağlı elə o vaxtdan belə şayiələr yayılıb. Ona qarşı bundan da betər ittihamlar, böhtanlar olub. Təəssüf ki, hadisələrdən bixəbər adamların, diletantların yalanı ucbatından belə şayiə efirə də ayaq açdı. Ümid edirəm ki, Real.TV-nin rəhbərliyi bu açıqlamanı nəzərə alacaq və efirində bu yanlışlığı düzəldəcək. Əslində, mən bununla bağlı Real.TV-nin rəhbəri və verilişin müəllifi Mirşahin Ağayevlə danışmışdım və o, bu bazar yayımlanacaq verilişdə bizim də mövqeyimizi vermək üçün məni efirə dəvət edəcəyini demişdi. Lakin bəzi məsələləri nəzərə alaraq bunları deməliyəm”. 


R.Kərimoğlu sonda onu da qeyd edib ki, ümumiyyətlə, Real.TV-də yaymlanan bu məsələyə bağlı başqa problem də var: "Yəqin ki, yaxın zamanlarda Şirin Mirzəyevin ailəsi adından açıqlama olacaq”.

Şirin Mirzəyevin ölümü ilə bağlı yayılan kadrlar qalmaqal yaratdı  – Rey Kərimoğludan etiraz
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər