Şirməmməd Hüseynov 95 yaşında vəfat etdi

  • 24 İyn 2019 19:41
  • 2320 Baxış
Şirməmməd Hüseynov 95 yaşında vəfat etdi

Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov vəfat edib.

Bakupost.az-ın xəbərinə görə, Azərbaycan mətbuat tarixinin qiymətli tədqiqatçısı, nüfuzlu alim 95 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, Ş. Hüseynov 1924-cü ildə Şəkidə anadan olub.


1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb.


1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb.


1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.


1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb.


1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub.


1961-1971-ci illərdə BDU, jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb.


1971-1976-cı illərdə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.


1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb.


1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib.


1988 –ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur.


Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

O, 2014-cü ildə, 90 yaşında "Şərəf" ordeni ilə mükafatlandırılıb.