Ru
23:58 / 11 Sentyabr 2019

Şirvanda küçədən kişi meyiti tapıldı

12709
Şirvan rayonunda küçədən kişi meyiti tapılıb.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, Şirvan şəhəri Dəmir yolu küçəsində yerləşən tikanlıq ərazidən naməlum kişi meyiti taplıb. Meyit müayinə olunmaq üçün Şirvan şəhər morquna təhvil verilib.

Müəyyən olunub ki, meyiti tapılan şəxs Şirvan sakini, 1980-ci il təvəllüdlü İsayev Vaqif Vahid oğludur.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmasa da, qolunda narkotik maddə üçün nəzərdə tutulan inyeksiya şprisi və cibindən narkotik maddəyə qatqı kimi istifadə olunan limon turşusu aşkar edilib. Onun narkotik vasitənin artıq miqdarından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər