21:22 / 20 Sentyabr 2021

Şirvanda qəza: ailənin 2 üzvü yaralandı

696
Şirvanda yol qəzası baş verib.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, minik avtomobili Sabirabad rayon sakinləri - 1986-cı il təvəllüdlü Mirzəyeva Ülviyyə Nəsirağa qızı və qızı, 2006-cı il təvəllüdlü Mirzəyeva Gülgəz Elçin qızını vurub. Müxtəlif dərəcəli xəsarətlər alan ana və qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər