Ru
21:34 / 23 İyul 2020

Sivil ölkələrdə çirkin erməni üzü - Azərbaycan nələr edəcək? - FOTOLAR

4337
Döyüş bölgəsindəki uğursuzluqlarından sonra ermənilərin azərbaycanlılara qarşı hücumları beynəlxalq arenaya sıçrayıb. Son bir neçə gündə ermənilərin sıx yaşadıqları ölkələrin mərkəzi şəhərlərində, küçələrində erməni terrorizminin şahidi oluruq.

Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində mğlubiyyətə uğradıqdan sonra dünya son bir neçə gündə Los-Anceles, sonra isə Brüsseldə baş verənlərlə ermənilərin əsl simasını gördü. Adıçəkilən şəhərlərdə aksiya keçirən azərbaycanlılara olan hücumlar, soydaşlarımızın zorakılığa məruz qalması bunun bariz nümunəsidir. Radikal ermənilər bu hücumlarla təkcə Azərbaycan deyil, bütün dünya üçün nə qədər təhlükəli olduqlarını bir daha göstərdilər. Ermənilərin ən sivil ölkələrdə belə vandallıq törətməkdən çəkinməmələri, dinc yürüşlər keçirən soydaşlarımıza birləşib, güc tətbiq etmələri qəbuledilməz haldır.


"BakuPost" xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun fikrincə, ABŞ və Avropada çoxalan erməni vəhşiliyinə qarşı Azərbaycan hakimiyyəti təcili tədbirlər görməli, qəti addımlar atmalıdır. O bunla bağlı təkliflərini də bölüşüb:

1) Xarici işlər naziri Qərb ölkələrində olan səfirlərimizlə video formatda konfrans keçirməli və səfirlərə aşağıdakı tapşırıqları verməlidir:
Xəsarət alanlar haqqında ingilis, fransız və alman dillərində fotolarla press relizlər yaymalı və nəşrlər hazırlanmalı;
Xarici mətbuatda baş verənlərlə bağlı yazılar dərc olunmalı;
Xəsarət alanlara Azərbaycan dövləti hesabına hüquqi yardım göstərilməli və bu məqsədlə onlara vəkil tutulmalı;
Xəsarət alanların tibbi yardım xərcləri səfirliklər vasitəsilə Azərbaycan dövlətinin adından maliyyələşdirilməli;
2) Azərbaycanın hüquq mühafizə orqanları bu məlumatları beynəlxalq hüquq müdafiə təşkilatları ilə bölüşməli və video konfranslar təşkil etməli;
3) Azərbaycan hakimiyyəti bununla bağlı BMT institutlarını məlumatlandırmalı;
4) Azərbaycan parlamenti xüsusi bəyanatla çıxış etməli və Avropa Şurasında, Avronestdə bununla bağlı müzakirələr açmalı;
5) Avropa və ABŞ-da olan diaspora bir yerə yığılmalı, təhlükəsizlik tədbirlərinə və birgə hərəkətlə bağlı vahid mövqe nümayiş etdirilməlidirlər.
Özündə vandalizm və terror elementlərini ehtiva edən erməni hücumları nəinki Qarabağda, Azərbaycanda, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlıların da həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilib".



Baş verən hücumlardan sonra Azərbaycan hökuməti də qəti addımlar atmağa başlayıb. Prezident İlham Əliyevin göstərişi ilə iyulun 21-də Los-Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət alan həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur.
Bundan başqa, soydaşlarımızdan rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə, səfirliyə və Los-Ancelesdəki Baş Konsulluğumuza müraciət etmək xahiş edilib.



Artıq Xarici İşlər Nazirliyi də baş verən vandalizmlə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan tərəfi dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırıb:


“Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimat verilib.



Atılan müvafiq addımlar nəticəsində radikal erməni qruplaşmasının bəzi üzvləri artıq saxlanılıblar.

Xatırladaq ki, Belçikanın paytaxtı Brüsseldə bir neçə erməni gənc təxribat törədərək azərbaycanlı gənclərə hücum ediblər. Onlar həmyerlilərmizə qarşı fiziki zorakılıq göstərib, Azərbaycan xalqını təhqir ediblər. Eduard Baqramyan adlı şəxs isə törədilən cinayəti lentə alıb.

Tanınmış satirik yazar Mirzə Sakitin oğlu Cahandar da dünən keçirilən aksiya zamanı ermənilər tərəfindən döyülüb. O, bu barədə oğlunun fotosunu sosial şəbəkədə paylaşaraq bildirib.



Bundan əvvəl “REAL TV”nin əməkdaşı Xatirə Sərdarqızı da Belçikada ermənilərin hücumuna məruz qalmış, başından yaralanmışdı.

Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirilib. Aksiyalar zamanı Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər