Ru
23:28 / 21 Noyabr 2019

Siyavuş Novruzovun xanımı Ombudsman ola bilər

11988
Sabah Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.


BakuPost
xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürülüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Komitə müzakirə etdikdən sonra məsələyə baxılması üçün Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasına tövsiyə ediləcək.

Namizədlərdən biri - S.Əliyeva Azərbaycanın Çindəki keçmiş səfiri və sabiq millət vəkili Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər