Ru
01:09 / 05 Sentyabr 2020

Şöbə rəisi rüşvəti belə alıb - VİDEO

1895
Ötən gün həbs edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxslərinin rüşvət alma görüntüsü yaranıb.

"BakuPost" xəbər verir ki, saxlanılan şəxslər tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində 2 sentyabr 2020-ci il tarixdə şöbənin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Həmin anı əks etdirən görüntüləri təqdim edirik:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər