Ru
12:17 / 30 İyun 2020

SOCAR bir ildı hansı ölkədən nə qədər pul qazanıb? - SİYAHI

3979
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu ildə ölkələr üzrə gəlirləri açıqlanıb.

Bu barədə SOCAR-ın “Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunmuş 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub. İsveçrədəki aktivindən gəlirləri 63,735 mlrd manat təşkil edib. Şirkətin ötən il İsveçrədən gəliri ümumi gəlirlərin 76%-ni təşkil edib.

SOCAR-ın Azərbaycandakı gəlirləri 6,145 mlrd manat,
Türkiyədəki 9,377 mlrd manat,
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 1,722 mlrd manat,
Gürcüstanda 1,172 mlrd manat,
digər ölkələrdəki gəlirləri isə 1,601 mlrd manat təşkil edib.

Şirkətin İsveçrədəki gəlirləri 2018-ci ildən 30%, Azərbaycandakı gəlirləri 7%, BƏƏ-dəki gəlirləri 26,8%, digər ölkələrdəki gəlirləri 1,2% azalıb, Türkiyədəki gəlirləri 88,6%, Gürcüstandakı gəlirləri 4,3% artıb.

2019-cu maliyyə ilində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd manat təşkil edib. Ümumiyyətlə qurum 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 mlrd manat, xalis mənfəəti 651 mln manat, cari aktivləri 19,2 mlrd manat, cari öhdəlikləri isə 17,3 mlrd manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 mlrd manat, uzunmüddətli öhdəliklər isə 23,8 mlrd manat olub.Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 mlrd manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 mlrd manata yüksəlib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər