Ru
12:15 / 17 Sentyabr 2021

SOCAR-ın maliyələşdirdiyi türk kanalı Mənsimovu darmadağın etdi - VİDEO

35617
Türkiyədə fəaliyyət göstərən “Haber Global” kanalı “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun erməni əsilli iş adamı Levon Termendyanla işbirliyi haqda yeni süjet yayımlayıb.

Bakupost.az xəbər verir ki, bir müddət öncə Mübariz Mənsimov açıqlama verərək, L.Termendyanla əlaqəsi olduğunu inkar etmiş, hətta onun erməni olduğunu biləndən sonra şəkil çəkdirən anda kadrdan çıxmağa çalışdığını, daha sonra isə onunla mübahisə etdiyini və erməni iş adamını vurduğunu bildirmişdi.

“Haber Global” isə sözügedən mərasimdən video yayaraq, həqiqətin başqa cür olduğunu iddia edib. Eyni zamanda M.Mənsimovun L.Termendzyanla işbirliyinə getdiyini əks etdirən sənədləri paylaşıb.

Qeyd edək ki, M.Mənsimovla SOCAR prezidenti Rövnəq Abdullayev arasında çox ciddi ixtilaflar var. London arbitraj məhkəməsi də M.Mənsimov həbsdə olarkən SOCAR-ın iddiası üzrə məhkəmə prosesi keçirmiş və “Palmali”nin SOCAR-a külli miqdarda (250 milyon dollar) vəsait ödəməli olduğu haqda qərar çıxarmışdı.

Eyni zamanda, SOCAR-ın Türkiyə təmsilçiliyi də M.Mənsimovun əleyhinə fəaliyyətini davam etdirir və hər iki tərəf əllərinə düşən fürsətdə bir-birinin ictimai nüfuzunu zədələyən faktlardan maksimum istifadə etməyə çalışır.

“Haber Global” SOCAR-ın maliyyəsi ilə Türkiyədə qurulan Azərbaycan kanalıdır.

Kanalın sözügedən süjetini təqdim edirik:



Elnur,
Baku Post
Şərhlər
  • t.ədalət

    Bilirsiniz,Mübarizlə Rövnəqin (SOCAR) davası Fətullah Gülənə daha yaxın olmaq uğrunda mübarizədən qaynaqlanır.Hər ikisi fetoçudur.

  • Garachanta

    Mübariz hər halda SOCAR qədər millətimizə zoyan vurmayıb (benzin məslələri).....

  • Mahmudov E

    SOCAR rəhbərinin PKK təşkilatını maliyyələşdirməsindən danışın... Türkiyədə AKP hakimiyyəti dövründə bir neçə erməni nazir olub. Dünənə qədər ,elə bu gün də vəzivədə olanlardan anası,nənəsi, arvadı, qayinanası erməni olan o qədər adam var... Ermənistanda obyektləri , biznesi olan məmurlarımız olub və indi də var... Yəqin ki, Mübariz də mələk deyiul, amma güzgüyə baxmaq vaibdir...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər