Ru
16:08 / 07 Dekabr 2019

Son 30 ilin ən böyük neft-qaz yatağı kəşf edildi

2562

Meksika, son 30 ildə Tabasko əyalətindəki Quesqui neft yatağında ən böyük neft ehtiyatının tapıldığını açıqlayıb.

BakuPost xəbər verir ki, Dövlətə aid Petroleos Mexicanos neft şirkətinin prezidenti Octavio Romero, Meksika körfəzində 500 milyon barelə yaxın neft ehtiyatlarının kəşf olunduğunu bildirib.

Quesquidə ilk quyunun iyun ayında açıldığını və hazırda gündəlik 4 min 500 barel neft hasilatı edildiyini ifadə edən Romero, 34 kvadrat kilometr genişliyində 11 quyu açılması planlaşdırıldığını qeyd edib.

Romero, 2020-ci ildə gündə 69 min barel, 2021-ci ildə isə gündə 110 min barel neft və 11,61 milyon kubmetr təbii qaz istehsalı ediləcəyini açıqlayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər