Ru
23:36 / 07 May 2019

Mehriban Əliyeva gənclərin səsinə səs verdi - TARİXİ BİNA NƏZARƏTƏ GÖTÜRÜLDÜ SON DƏQİQƏ:

9003

 

 

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Süleyman Rüstəm küçəsində sökülməməsi gündəmdə olan tarixi bina ilə bağlı açıqlama yayıb.

 

Bakupost.az xəbər verir ki, Mehriban Əliyeva məsələ ilə bağlı açıqlamanı özünün "İnstagram" səhifəsində yayıb.

 

Vitse-prezident bildirib ki, bina ətrafında yaşananlar dövlətin nəzarəti altındadır: "Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq".

 


Qeyd edək ki, artıq bir neçə gündür Bakının Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən bina ətrafında qalmamaq yaşanır. Bina 1913-cü ildə tikilib. Uzun illər malakanların ibadət məkanı olub. Hazırda binada bir qrup gəncin yaratdığı "Salaam Cinema” fəaliyyət göstərir. Binanın sahibi olduğunu iddia edən şəxslər isə binanın qəzalı vəziyyətdə olduğunu iddia edir və gəncləri binadan zorla çıxarmağa çalışır. Gənclər binanın sahibkar tərəfindən söküləcəyini iddia edir və söküntüyə etiraz edirlər. 

 





 


 

 

 








View this post on Instagram

 



 

 

 


 

 


 

 

 

✔️”Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq." ✔️ "Защита архитектурного и исторического наследия Азербайджана и его столицы Баку – приоритетная задача для всех нас. Для ее решения необходимы и гражданская позиция, и неравнодушие людей к архитектурному облику своего родного города, и активный общественный контроль. Ситуация, сложившаяся вокруг старинного здания на улице Сулеймана Рустама в Баку находится под контролем государства. Принимаются все меры, чтобы культурному наследию нашей страны не был нанесен ущерб, ведь уникальные и многообразные архитектурные памятники – это наше общее достояние. Нашу страну, наш город нужно беречь как родной дом – наш общий дом!"


A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on


//
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər