Ru
16:02 / 16 Sentyabr 2019

Məktəbin tavanı dərs zamanı çökdü - FOTO - YENİLƏNİB

3190

Goranboy Rayon İcra Hakimiyyəti (İH) Boluslu kəndində orta məktəbdə baş verən hadisə ilə bağlı açıqlama verib.



Goranboy rayon icra başçının birinci müavini Ceyhun Həsənov bildirib ki, hadisə ötən gecə baş verib:


"Orada əslində tavan deyil, sadəcə xırda bir taxta mismarlarından çıxaraq qopub. Hazırda hadisə baş vermiş otağın qapısı bağlıdır və şagirdlərin içəriyə girişi qadağan edilib".C.Həsənov əlavə edib ki, məktəbin binası köhnədir və yaxın vaxtlarda məktəb üçün yeni korpus tikilərək şagirdlərin ixtiyarına veriləcək.


***

Goranboy rayonunda orta məktəbin tavanı dərs zamanı çöküb.



BakuPost.az
baku.ws-ə istinadən məlumat verir ki, hadisə rayonun Boluslu kəndində yerləşən orta məktəbdə baş verib.


Belə ki, səhər saatlarında 2-ci siniflərin ilk dərsə başladığı zaman sinif otağının tavanı uçub.


Hündürlükdən tökülən torpaq qatı nəticəsində sinif otağını toz bürüyüb.

Xoşbəxtlikdən hadisə baş verən zaman şagirdlərdən xəsarət alan olmayıb.Müəllimlərin köməyilə 20-dən artıq uşaq təhlükəsiz əraziyə çıxarılıb.

Yerli sakinlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir.


Həmin məktəb 1967-ci ildə istifadəyə verilib. Təhsil ocağının sinif otaqları yararsız vəziyyətdədir. Valideynlər Boluslu kəndi ərazisində yeni məktəb binasının inşa edilməsinə ehtiyac olduğunu bildiriblər.


Qeyd edək ki, Boluslu kəndində 1442 sakin yaşayır. Kənd orta məktəbində isə 232 şagird təhsil alır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər