14:39 / 09 Oktyabr 2021

Son sutkada 40 minə yaxın insan vaksin vurdurdu

291
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 890 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 962 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 877 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 085 493 təşkil edir.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər