Ru
13:35 / 21 Yanvar 2021

Sosial iş yerlərinin təşkilində şəhid ailələrinə üstünlük veriləcək

1274
Azərbaycanda sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə üstünlük veriləcək.

Bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilir.

Hazırkı qanuna əsasən, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Təklif edilən dəyişikliklə isə şəhid ailəsinin üzvlərinə də sosial iş yerlərinin təşkili zamanı üstünlük veriləcək./Report
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər