“Sovetski” sakinləri Milli Məclisin önündə etiraz aksiyası keçirdi - VİDEO

Milli Məclisin qarşısında Bakının Yasamal rayonu, “Sovetski” adlanan ərazisinin sakinləri etiraz aksiyası keçirirlər.


Bakupost.az xəbər verir ki, sakinlər həmin ərazidə sökülən evlərin hər kvadratmetrinə verilən təzminatın az olduğunu, bəziləri isə 2-ci dəfə təyin olunan kompensasiyanı hələ də ala bilmədiklərini deyirlər. Onlar bu vəsaitlə yalnız Bakının kəndlərində mənzil ala bildiklərini deyiblər. Qeyd olunur ki, şəhərlə məsafə uzaq olduğundan uşaqların məktəbə, özlərinin isə işə gediş-gəlişi çətinləşib.


Bəzi sakinlər 2018-ci ildən indiyədək kirayədə yaşadığını və həmin məbləğə ev ala bilmədiklərini deyirlər.


Hazırda etirazçılardan 2 nəfər nümayəndə tələblərini bildirmək üçün Milli Məclisin binasına daxil olub.


Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.