Ru
16:47 / 24 Aprel 2019

“Space” kanalı Rüfətə görə 6 min manat cərimələndi

2173


 

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) "Space” kanalına qarşı tərtib etdiyi protokol üzrə məhkəmə keçirilib.

 

Bakupost.az-ın məlumatına görə, Yasamal rayon məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara əsasən, MTRŞ-ın iddiası təmin edilib.  Televiziya 6 min manat məbləğində cərimələnib.

 

MTRŞ İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib.

 

MTRŞ-nın yaydığı məlumata görə, "Space TV"-də "Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkarlanıb. Qurum aprelin 5-də kanal rəhbərliyinin də iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, kanalın 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.
 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər