10:08 / 07 Oktyabr 2021

“Space” məhkəməyə verildi - SƏBƏB

564
“Space” teleradio şirkəti “Azərbeynəlxalq audit xidməti” MMC tərəfindən məhkəməyə verilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, göstərdiyi audit xidmətinin ödənişini ala bilməyən MMC rəhbərliyi məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsində icraata götürülən işə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

Audit Xidmətindən verilən məlumata görə, onlarla müqaviləni “Space” TV-nin keçmiş icraçı direktoru, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev bağlayıbmış.

Qeyd edək ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası Kamil Şahverdiyevə tapşırılıb. May ayından isə bu vəzifəyə "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru Müşfiq Hətəmov təyin olunub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər