Ru
17:44 / 10 Sentyabr 2019

SPİD-in əlacı tapılıb? - Yeni kəşf

6820

Dünya alimləri insan bədənində virusları öldürən komponent kəşf edərkən, HİV virusu ilə bağlı çox önəmli bir addım atıblar.


Türkiyə mətbuatının yazdığına görə, Finlandiya, Rusiya, İsveçrə, İngiltərə və ABŞ alimləri birlikdə araşdırma apararkən, virusdakı molekulları parçalaya biləcək və onu məhv edə biləcək komponent kəşf etdiklərini açıqlayıb. İddialara görə bu komponent HİV virusunu da məhv edə bilər.


Professor Oleq Rakitinin açıqlamasında bildirib: “Əvvəl bu komponentin xərçəng xəstəliyinə qarşı ola biləcəyini düşünürdük. Lakin anidən bu komponentin insan bədənindəki immun çatışmamazlığı virusuna qarşı təsir göstərdiyi ortaya çıxdı”.


Alimlər yeni kəşf edilən komponentin orqanizm üçün heç bir təhlükəsi olmadığını da qeyd edib.


Qeyd edək ki, HİV virusunun qarşısı alınmadıqda SPİD xəstəliyinə səbəb olur. Araşdırmalara görə İngiltərədə bu virusa tutulanların 90 faizində sonradan SPİD xəstəliyi aşkarlanır. Bu ölkədə 2017-ci ildə 15 yaşından kiçik 356 uşaq da daxil olmaqla 93 min 385 min nəfər insan HİV virusundan əziyyət çəkirdi.


Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə təkcə 2017-ci ildə dünyada 36,9 milyon insan HİV virusundan əziyyət çəkir ki, onun da 21,7 milyon nəfəri müalicə altındadır. Onlardan 1,8 milyon nəfəri 15 yaşdan kiçik uşaqlardır.


Təkcə 2017-ci ildə 940 min insan SPİD xəstəliyindən dünyasını dəyişib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər