Ru
13:48 / 19 Noyabr 2021

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

2131
Paytaxtın VI-XI sinif şagirdləri üçün "STEAM Azərbaycan Festivalı 2021" təşkil olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakupost.az -a verilən xəbərə görə, Baku Expo Mərkəzində 9-10 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan festivalın əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən​ ibarətdir.

Festival çərçivəsində “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” kateqoriyaları üzrə yarışlar keçiriləcək.

"STEAM Azərbaycan Festivalı 2021" barədə daha ətraflı məlumat almaq və qeydiyyat üçün www.saf.steam.edu.az internet səhifəsinə müraciət​ etmək mümkündür.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.
Sevinc
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər