Ru
16:55 / 13 Sentyabr 2021

Su quyusuna düşən 58 yaşlı kişinin xilas edilmə anı - VİDEO

1402
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Muğanlı kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Bakupost.az -a bildirilib ki, məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dərinliyi təqribən, 8 metr olan su quyusuna düşmüş 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlunun üzərinə çay daşları ilə hörülmüş quyunun divarının bir hissəsi tökülməklə vətəndaşın həyatı üçün təhlükəli vəziyyət yaranıb.

Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi vasitələrlə İ.Bədəlovu quyudan çıxararaq həyatını xilas ediblər. Vətəndaş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər