Ru
17:46 / 28 Noyabr 2019

Süd və süd məhsulları sexinin fəaliyyəti dayandırıldı - FOTOLAR

1972
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan BakuPost-a verilən xəbərə görə, daxil olan məlumata əsasən Agentliyin əməkdaşları Gəncə şəhəri, Şəhriyar küçəsi ev 42 ünvanında fəaliyyət göstərən “DEVRİM” MMC-yə məxsus süd və süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.


Yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət etmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Müəssisədə xüsusi risk qrupuna daxil olan məhsullardan olan südün ilkin emalı və süd məhsullarının istehsalı zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, sexdə istifadə edilən südün keyfyyətinin yoxlanılması, kənar qarışıqlardan təmizlənməsi, pasterizasiyası, soyudulması, saxlanması qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.







Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər