Ru
17:51 / 22 Fevral 2021

Sülhməramlılar Qarabağda separatçıların yürüşündə: Azərbaycan nə etməlidir?

4346
Ötən gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında sərbəst fəaliyyət göstərən erməni separatçıları 1988-ci il 20 fevralda başlayan və bölgəni müharibəyə soxan, minlərlə günahsız azərbaycanlının qətliamına səbəb olan “Miatsum” hərəkatının 33 illiyini qeyd ediblər. Qondarma və keçmiş “dqr”in qondarma lideri Araik Arutyunyanın “prezident” kimi başçılıq etdiyi “təntənəli mərasim”də rus sülhməramlılarının da olması azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazla qarşılanıb.

Rus sülhməramlılarının Qarabağda separatçıların yürüşünə qatılması nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı “Bakupost”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Elxan Şahinoğlu deyib ki, rusiyalı sülhməramlılar erməni təxribatlarına göz yumur, bəzənsə dəstək olurlar:



“Erməni separatçılarının fevralın 20-də keçirdiyi təxribatçı aksiya da bunun sübutudur. Halbuki, Rusiya komandanlığı erməni separatçılarına başa sala bilərdi ki, bu “tarix” qeyd edilməsin, bu, Azərbaycanda böyük narazılıqla qarşılanır. Əgər buna yol verirlərsə, deməli onlarla əlbirdirlər. Elə etməliyik ki, gələn il bu “tarixi” erməni separatçıları qeyd edə bilməsin, Xankəndidə qanunlarımız işləsin, bizim pasportlarımızı daşısınlar. Bütün bunları etməsək, gələn il də bu təxribatlar davam edə bilər. Rusiyaya qaldıqda isə onlarla da dialoqu genişləndirməliyik. Anlatmalıyıq ki, bu cür təxribatların davam etdirilməsi bölgədə müharibə riskini artırır. Onsuz da Rusiya da müharibədə maraqlı deyil. Üstəgəl, Laçın dəhlizi üzərindən kim istəyir keçir, kim istəyir gəlir, ona görə də Azərbaycan sərhədçiləri mütləq Laçın dəhlizinə nəzarəti ələ keçirməlidir. Bu mütləqdir. 10 noyabr Bəyanatına görə, Laçın dəhlizində Rusiya sülhməramlıları postlar qura bilərlər. Bizim sərhədçilərin sərhəddə xidmətə başlaması üçün heçnə maneə deyil. İstənilən normal dövlətin sərhədi sərhədçilər tərəfindən qorunmalıdır. Bütün bunları etməsək, çox təəsüf ki, gələn il də bu cür təxribatlarla qarşılaşa bilərik”.

Politoloq İlqar Vəlizadə isə vurğuladı ki, sülhməramlıların bu aksiyaya qatılmasını dəqiqləşdirmək lazımdır:



“Rus keşişi ilə bağlı artıq məlumatlar var. Onunla bağlı tədbirlər görülür. Amma sülhməramlıların həmin aksiyada iştirakı ilə bağlı məlumatlar dəqiqləşdirilməyib. Bu məsələni diqqət mərkəzində saxlamalıyıq. Bu cür hallara yol vermək olmaz. Ümumiyyətlə sülhməramlıların əsas məqsədi regionda sülhün qorunmasından ibarətdir. Təxribatçı aksiyalar da nəticə etibarı ilə sülhü pozmağa yönəlib. Bu məsələlərlə bağlı ölçü götürülməli, bizim tərəfimizdən bir daha xəbərdarlıq olunmalıdır. Gələcəkdə bu cür halların təkrarlanmaması üçün zəmanət verilməlidir. Yəni əmin olmalıyıq ki, bu cür təxribatçı addımlar atılmayacaq”.

Aygün Nəbiyeva

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər