Ru
21:36 / 06 Sentyabr 2020

Sumqayıtda ağır yol qəzası - 7 nəfər yaralanıb - FOTO

3266
Sumqayıtda ağır yol- nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

"BakuPost" AzərTAC-a istinadən xəbər verir ki, "Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar: 1987-ci il təvəllüdlü Şəhriyar Abdulhüseyn oğlu Həsənov, həyat yoldaşı 1988-ci il təvəllüdlü Ülkər İmran qızı Həsənova və onların qızları 2013-cü il təvəllüdlü İnci Şəhriyar qızı Həsənova və 2017-ci il təvəllüdlü Ləman Şəhriyar qızı Həsənova, Rövşən Babək oğlu Əlizadə, Samir Baba oğlu Sahilzadə və Seymur Sadiq oğlu Quliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər