Ru
23:47 / 19 May 2019

Sumqayıtda karton kombinatında yanğın

1724
Sumqayıt  şəhərində axşam saatlarında yanğın hadisəsi
baş verib.

 

BakuPost.az  ONA-ya istinadən
xəbər verir ki, yanğın Bakı-Quba yolunun 45-ci kilometrliyində Sumqayıt
şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Kağız və Karton
İstehsalat Kombinatında qeydə alınıb.
 
Ümumi  sahəsi 
5000 kvadratmetr  olan kombinatın
500 kvadratmetr ərazidə yerləşən 
istehsal  sahələrindən  birində 200 
kvadratmetr ərazidə karton məmulatları yanıb.

 

 

Dərhal
hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən
avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə
keçməsinin qarşısı  alınıb.

 


Xəsarət  alan olmayıb.

 

 
Faktla
bağlı  araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər