Ru
23:51 / 20 Aprel 2019

Sumqayıtda kütləvi dava

4697
Sumqayıtda 2
nəfərin arasında baş verən mübahisə dava ilə nəticələnib.

 

BakuPost.az-ın ONA-ya
istinadən məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.


 

Belə ki, ötən
gün Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Bağırov Anar Məcid oğlu və
1990-cı il təvvəllüdlü Abbasov Elçin Məmməd oğlu arasında yaranmış mübahisə
sonda əlbəyaxa dava ilə nəticələnib. Qəzəbi soyumayan A.Bağırov bu gün yenidən
bir neçə nəfəri toplayaraq E.Abbasovla görüşüb və söhbətə aydınlıq gətirmək istəyib.


 

Tərəflər
arasında yaranmış əlbəyaxa dava nəticəsində hər iki şəxs müxtəlif dərəcəli
bədən xəsarətləri alıb. E.Abbasovun zədəsi yüngül olduğundan ambulator
müalicəyə buraxılıb. A.Bağırov isə baş-beyin silkələnməsi diaqnozu ilə
xəstəxanaya yerləşdirilib.
  Faktla bağlı
araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər