Ru
15:43 / 27 Fevral 2020

Sumqayıtda yataqxanada YANĞIN - 3 nəfər zəhərləndi - YENİLƏNİB - FOTOLAR

4799
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 6 m² olan hamam otağında istifadəyə yararsız ev əşyaları 2 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər xilas edilib, 10 nəfər bina sakini isə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
14:55

Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsində 3 saylı yataqxanada yanğın baş verib.


Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.


TƏBİB-dən APA-nın sorğusuna verilən cavaba görə, ilkin məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 2 nəfərə yerində yardım göstərilib.

Bir nəfər isə Sumqayıt Təcili Yardım Xəstəxanasına aparılıb. Sumqayıtda yataqxanada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli yataqxananın 2-ci mərtəbəsinin hamam otağından əşyalar və 6 kv.m sahə yanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər