12:52 / 04 Oktyabr 2021

"Suqovuşanın işğaldan azad edilməsi Ermənistanın hərbi imkanlarını məhdudlaşdırdı"

470
"Vətən müharibəsi dövründə Suqovuşanın işğaldan azad edilməsi Azərbaycana strateji baxımdan üstünlük verməklə yanaşı, hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün də əlverişli imkan yaradıb".

Bunu Bakupost.az -a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu yaşayış məntəqəsinə nəzarət həmin istiqamətdə irəliləmək, başqa istiqamətlərə zərbə endirmək imkanlarını olduqca genişləndirirdi:

“Suqovuşan həmin dağlıq bölgədə nəzarət altına alınan ilk yaşayış məntəqəsi idi. Suqovuşanın azad edilməsi Ağdərəyə gedən yola nəzarətin təmin edilməsi demək idi. Bu yaşayış məntəqəsinin azad edilməsi Ağdərəyə gedən yolu demək olar ki, tam şəkildə bağladı”.

Ekspert bildirib ki, Suqovuşanın işğaldan qurtulması qarşı tərəfin hərbi imkanlarını məhdudlaşdırdı:

"Suqovuşan o istiqamətdə olan erməni qüvvələrinin idarə məntəqəsi olduğundan həmin ərazinin işğaldan azad edilməsi düşməni çox çıxılmaz vəziyyətə saldı. Uğurlu Suqovuşan əməliyyatı düşmənin öz qüvvələrini oradan çıxararaq başqa yerə apara bilməsinə imkan vermədi. Digər tərəfdən, Suqovuşandakı yüksəkliklərin hamısı strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi".

Ayan Əlizadə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər