Ru
15:15 / 08 May 2021

Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi - FOTOLAR

911
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi - FOTOLAR
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər