Ru
16:37 / 22 Noyabr 2019

Suraxanıda qumbara tapıldı

1308
Bakıda qumbara tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində sursat aşkar olunması barədə məlumat daxil olub.


FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bunlar, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarası və 1 ədəd əl qumbarasının partladıcısıdır.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər