Ru
16:15 / 20 Noyabr 2019

Suriyada döyüşən azərbaycanlı: “Qaçmağa məqam axtarırdım. Pulum yox idi”

2069
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BakuPost.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.


Hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər. Onlar qeyd edib ki, Suriyada olsalar da, qanunsuz silahlı birləşmələrdə iştirak etməyiblər.

Təqsirləndirilən Ə.Aslanov ifadəsində bildirib ki, Suriyaya savab işlər görmək məqsədilə gedib: “Rayonda Məhəmməd adlı şəxs vardı. O, deyirdi ki, bütün bunlar savab əməldir, xeyirxah işdir. Biz Suriyaya qaçqınları sərhəddən keçirmək məqsədilə getmişdik. Suriyada olanda isə başqa şeylər gördüm, aldanıldığımı başa düşdüm, qayıtmaq istədim, buraxmırdılar. 2014-cü ilin yanvarında rayona gəldim”

Təqsirləndirilən B. Hacıyev ifadəsində Suriyaya qaçqınlara kömək etmək məqsədilə getdiyini deyib: “Biz Suriyadan Türkiyəyə keçən qaçqınlar üçün qurulan çadırlarda insanlara yardım edəcəkdik. Aqil bizi sərhəddə qarşıladı, Suriyanın içərisinə doğru apardı. Onunla mübahisə etdim ki, bizi niyə bura gətirmisən? Dedim ki, bomba düşər, ölərəm. Dedi ki, ölsən heç nə olmaz, savabdır. Qaçmağa məqam axtarırdım. Pulum yox idi. Orada bir motosikleti olan vardı, ondan xahiş etdim, məni sərhədə apardı”.

Məhkəmə prosesi noyabrın 27-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar, təlimlərdə iştirak ediblər. Hər iki şəxs 2019-cu ildə həbs ediliblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər