Ru
09:02 / 09 May 2021

Sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdı

2211
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az -ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Yolu keçən 2015-ci il təvəllüdlü Məmmədov Lətif Əsgər oğlunu avtomobil vuraraq hadisə yerindən yayınıb. Hadisə zamanı 6 yaşlı uşaq ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.

Hadisəni törədən sürücünün kimliyi polis tərəfindən araşdırılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər