Sürücü avtobusu sərnişinin qucağında idarə etdi - SUMQAYITDA / VİDEO
2140
Bakı - Sumqayıt sərnişin avtobusunda kuryoz hadisə lentə alınıb.
BakuPost Avtosfer.az-a istinadən xəbər verir ki, sürücü sərnişinin qucağında oturub avtobus idarə edib.
Sürücü basabas olduğuna görə bu addımı atıb. Görünür ki, o, 60 qəpik artıq qazanmaq tamahına hakim kəsilə bilməyib. Amma sərnişinin qucağında avtobus idarə etməyin təhlükəli olması onun vecinə də deyil.