Sürücülərin diqqətinə - Bu yollarda tıxac var

Bu dəqiqələrdə paytaxtın əksər küçə və prospektlərində sıxlıq və tıxac müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən "BakuPost"a verilən məlumata görə, sıxlıq və tıxac olan yollardan keçən bütün müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Ziya Bünyadov prospekti - Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində

Abdulvahab Salamzadə küçəsi - Ceyhun Səlimov küçəsi ilə kəsişmə (Zİya Bünyadov prospekti və Ak.Həsən Əliyev küçəsi)

Alı Mustafayev küçəsi - 20 yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yol

Abbasqulu ağa Bakıxanov küçəsi - Türkiyə səfirliyi istiqamətində

Tbilisi prospekti - 20 yanvar dairəsi istiqamətində

Qara Qarayev prospekti - Dakar dairəsi istiqamətində nisbətən sıxlıq

Rəşid Behbudov küçəsi - Qış parkına qədər nisbətən (Füzuli küçəsinə qədər)

Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində

Heydər Əliyev prospekti - Bağırov körpüsündən Koroğlu metrosu və şəhər istiqamətində köməkçi yol

Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində

Mikayıl Useynov prospekti - Azneft dairəsi istiqamətində

Avtobusların sıxlıqda gecikməməsi və hərəkət intervalının tənzimlənməsi üçün bütün zəruri tədbirlər görülür. Müvafiq küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri tətbiq edilir. Sərnişin tələbatı yüksək olan istiqamətlər üzrə ehtiyat avtobuslar cəlb edilir.

Qeyd edək ki, ötən həftə ərzində marşrut xətləri üzrə gündəlik sərnişin səfər sayı 1 900 000-2 000 000 arasında dəyişib. Ümumilikdə isə xətlərə 2100-2200 ədəd avtobus çıxarılıb ki, bu da adi rejimlə müqayisədə 15% çoxdur.